Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

Dövlət Gömrük Komitəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şəfəq Həsənəlizadə və Kamal Hüseynli ilə növbəti görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev “Yüksəliş” müsabiqəsinin önəmindən bəhs edib, həmçinin gömrük sistemində effektiv idarəetmə, rəqəmsallaşma, digər mövzularda öz təcrübəsini paylaşıb və tövsiyələrini verib.

Daha sonra gənclərin son dövrlər əldə etdikləri nailiyyətlər, eləcə də hazırda fəaliyyət göstərdikləri sahələr üzrə karyera hədəfləri barədə fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələsi

3 Oktyabr 2025 12:47
195