Dövlət Gömrük Komitəsinin sədri Naftalan şəhərində vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri Naftalan şəhərində vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Oktyabrın 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarından olan vətəndaşları qəbul edib.
DGK sədri qəbuldan öncə Naftalan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi