Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Brilyant qaşların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Əsas
Faydalı
Xəbərlər
Brilyant qaşların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Brilyant qaşların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dubay-Bakı aviareysilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120.49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
10 Oktyabr 2025 09:41