Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Zəfərə gedən yol: dövlət quruculuğu, iqtisadi tərəqqi, qalib ölkə” mövzusunda dəyirmi masa keçirilib

“Zəfərə gedən yol: dövlət quruculuğu, iqtisadi tərəqqi, qalib ölkə” mövzusunda dəyirmi masa keçirilib

Oktyabrın 30-da Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Zəfərə gedən yol: dövlət quruculuğu, iqtisadi tərəqqi, qalib ölkə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Sərhəd Xidmətinin Akademiyasının, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun, Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin, Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti Heydər Əliyev adına Hərbi İnstitutunun, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əməkdaşları və kursantları iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirdə çıxış edərək ölkəmizin hərtərəfli inkişaf yolunda gənclərin fəal iştirakının, vətənpərvərlik ruhunda formalaşmasının və xalqımızın birliyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb, tədbiri xüsusi təyinatlı ali təhsil müəssisələri arasında formalaşan səmərəli əməkdaşlığın təzahürü kimi qiymətləndirib.

Daha sonra “Konstitusiya və Suverenlik İli”nə həsr olunan videoçarx nümayiş olunub.

Tədbir iştirakçıları “Sarsılmaz xalq birliyinin vəhdəti və Zəfərə gedən yol”, “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət suverenliyinin təminatçısı – Vətən müharibəsi kontekstində”, “Qarabağda yenidənqurma və Böyük qayıdış” və s. mövzularda məruzə və təqdimatlarla çıxış ediblər.

Tədbirdən sonra qonaqlar Akademiyanın fəaliyyəti ilə yaxından tanış olublar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

31 Oktyabr 2025 19:05
195