Mərkəzi Gömrük Hospitalı “Medinex 2025” sərgisində iştirak edir
Mərkəzi Gömrük Hospitalı “Medinex 2025” sərgisində iştirak edir
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı Baku Expo Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”-də öz stendi ilə təmsil olunub.
Mərkəzi Gömrük Hospitalının stendini ziyarət edən rəsmi nümayəndələrə və ziyarətçilərə Hospitalın 2025-ci ildəki fəaliyyət istiqamətləri, həyata keçirilən yeniliklər, əldə olunan mühüm nailiyyətlər, innovativ tibbi xidmətlər, eyni zamanda Orqan Transplantasiyası şöbəsi tərəfindən uğurla icra olunan və Azərbaycanın səhiyyəsində böyük nailiyyət kimi qiymətləndirilən meyit donordan qaraciyər və böyrək transplantasiyaları əməliyyatları barədə ətraflı məlumat verilib.
Mərkəzi Gömrük Hospitalının stendi sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Sərgi çərçivəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ceyhun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti müxtəlif yerli və beynəlxalq tibbi şirkətlərin nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi