Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Şərqi Zəngəzur Gömrük İdarəsinin təşəbbüsü ilə xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlının da iştirak etdiyi görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, rəsmiləşdirilmə və sərhədkeçmə proseslərinin sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib.

Görüşün sonunda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Noyabr 2025 15:26
195