"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, müasir müstəqil Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və əvəzsiz xidmətləri nəticəsində mümkün olub. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi, iqtisadi və hüquqi inkişafının bünövrəsini formalaşdırıb.
Tədbir çərçivəsində Konstitusiyanın əhəmiyyəti, onun cəmiyyət həyatında və dövlət idarəçiliyində rolu barədə müzakirələr aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi