Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Zəfər Günü ilə bağlı tədbir keçirilib (FOTO, VİDEO)

Zəfər Günü ilə bağlı tədbir keçirilib (FOTO, VİDEO)

Noyabrın 7-də Dövlət Gömrük Komitəsində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın müdafiəsi zamanı canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu davamlı inkişaf strategiyası, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün sahələrdə, xüsusilə ordu quruculuğu istiqamətində həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasət, ordumuzun rəşadəti, xalqımızın birliyi 44 günlük Vətən müharibəsində tarixi zəfərin qazanılmasına şərait yaratdı. Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunması ilə nəticələnən şanlı qələbəmiz, eyni zamanda tarixi ədalətin bərpası, regional sülhün və inkişafın bərqərar edilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

O da qeyd olunub ki, torpaqlarımızın müdafiəsi zamanı canından keçən şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlıqları hər zaman xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillər üçün nümunə olacaq.

Tədbir çərçivəsində təşkil edilən panel müzakirədə Vətən müharibəsində iştirak edən gömrük əməkdaşları xatirələrini bölüşüblər.

Həmçinin Vətən müharibəsindən, tarixi zəfərimizdən bəhs edən videoçarxlar da nümayiş etdirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Noyabr 2025 16:51
195