Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
“Poçt və ekspres daşımalar” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüşdə gömrük sistemində aparılan islahatlar, təkmilləşmələr, rəqəmsallaşmanın genişləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı həyata keçirilən yeniliklərdən bəhs edilib. Həmçinin iştirakçılar “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük nəzarəti, saxta və kontrafakt mallara qarşı mübarizə tədbirləri” mövzusunda ətraflı məlumatlandırılıblar.
Tədbirin yekununda təklif və rəylər dinlənilib, biznes subyektlərinin sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
21 Noyabr 2025 16:12