Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun Zaqatala rayonunda dekabrın 11-nə nəzərdə tutulmuş vətəndaş qəbulu dekabrın 15-nə keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dekabrın 15-də saat 10:00-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 Dekabr 2025 17:55
195