"Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü"nə həsr edilmiş maarifləndirici tədbir keçirilib
"Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü"nə həsr edilmiş maarifləndirici tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında "Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü"nə həsr edilmiş maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov korrupsiyaya qarşı mübarizənin dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi səhiyyə sistemində də şəffaflıq və etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Mərkəzi Hospitalda yüksək etik davranış mədəniyyətinin, şəffaflıq prinsipinin və ictimai etimadın qorunması istiqamətində görülən işlər barədə məlumat verilib, xidmətlərin keyfiyyətində ədalət, obyektivlik və məsuliyyət prinsiplərin daim üstün tutmağın vacibliyi vurğulanıb.
Tədbir zamanı iştirakçılara korrupsiyanın anlayışı və mahiyyəti, onun sosial-hüquqi nəticələri, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətləri, korrupsiya hüquqpozmalarının növləri və tətbiq olunan məsuliyyət tədbirləri, eləcə də bu sahədə profilaktik və institusional mexanizmlər barədə geniş məlumat verilib.
Tədbirin sonunda korrupsiyaya qarşı maarifləndirməni əks etdirən videoçarx təqdim olunub və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi