Gömrük baxışı və yoxlamasının aparılması mövzusunda təlim keçirilib
Gömrük baxışı və yoxlamasının aparılması mövzusunda təlim keçirilib
“Gömrük nəzarəti üsulları və vasitələri tətbiq olunmaqla gömrük baxışının və yoxlamasının həyata keçirilməsinə dair Metodika” ilə bağlı növbəti təlim Balakən Gömrük İdarəsində keçirilib.
Dövlət Gömrük Komitəsi Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyevin iştirakı ilə keçirilən təlimdə gömrük yoxlaması və onun nəticələrinə dair qeydiyyatın aparılması, bu istiqamətdə reallaşdırılan təkmilləşdirilmələr barəsində məlumat verilib, mümkün yoxlama ssenariləri üzrə praktiki nümunələr təqdim edilib.
Bildirilib ki, “Gömrük nəzarəti üsulları və vasitələri tətbiq olunmaqla gömrük baxışının və yoxlamasının həyata keçirilməsinə dair Metodika” gömrük nəzarətinin effektivliyinin artırılmasına əlavə imkanlar yaradır.
Təlim çərçivəsində nəqliyyat vasitələrinin sərhəd qeydiyyatı prosesi, idxal və ixrac gömrük nəzarəti xətləri üzrə baxış prosedurları və yük terminallarında aparılan yoxlama işləri yaxından izlənilib, əməkdaşların sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi