Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. 

İmzalanma mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri Fidan İsrafilbəyli bildiriblər ki, memorandum beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, elmi-tədris əlaqələrinin gücləndirilməsi və Böyük Britaniyanın qabaqcıl tibbi təcrübəsinin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. 

Həmçinin memorandumun iki ölkənin tibb ictimaiyyəti arasında əlaqələrin daha da dərinləşməsi, bilik və təcrübə mübadiləsinin sistemli şəkildə həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılmasına da töhfə verəcəyi vurğulanıb. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Dekabr 2025 17:01
195