DGKA tələbələri İT sahəsi üzrə beynəlxalq sertifikatlara layiq görülüblər
DGKA tələbələri İT sahəsi üzrə beynəlxalq sertifikatlara layiq görülüblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri İT sahəsi üzrə növbəti beynəlxalq sertifikatlara layiq görülüblər.
“İnformasiya təhlükəsizliyi” ixtisasının tələbələri Həmid Zəkiyev və İlkin Əliyev beynəlxalq səviyyədə tanınan CRTA (Certified Red Team Analyst) sertifikatını, Aysel Lətifova Cyber Security Analyst (C3SA) sertifikatını, Gülyaz İsmayılzadə eJPT (Junior Penetration Tester) və eWPTX (Web Application Penetration Tester eXtreme) sertifikatlarını, Fəxrəddin Məşədizadə CCNA (Cisco Certified Network Associate) sertifikatını qazanıblar.
Həmçinin Fəxrəddin Məşədizadə ilə yanaşı, Nuran Nuri, Mobil Mərdi və Rəvan Nəbiyev dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatı olan Beynəlxalq İnformasiya Sistemləri Təhlükəsizliyi Sertifikatlaşdırma Konsorsiumunun (ISC)² kibertəhlükəsizlik üzrə imtahanını uğurla keçərək beynəlxalq sertifikatlara layiq görülüblər.
Qeyd edək ki, beynəlxalq sertifikatlar tələbələrin kibertəhlükəsizlik və şəbəkə təhlükəsizliyi sahəsində praktik bilik və bacarıqlarını rəsmi şəkildə təsdiqləyir, beynəlxalq peşəkar mühitdə tanınmasına xidmət edir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi