Gömrük Akademiyasında Həmrəylik Günü və Yeni il qeyd olunub
Gömrük Akademiyasında Həmrəylik Günü və Yeni il qeyd olunub
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov dünya azərbaycanlılarının birlik və həmrəyliyindən, bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərlə xalqımız bir daha həmrəyliyini və birliyini dünyaya nümayiş etdirdi.
Tədbir çərçivəsində 2025-ci ildə Akademiyanı müxtəlif müsabiqə, olimpiada və idman yarışlarında təmsil edərək uğur qazanmış tələbələrə Fəxri Fərmanlar təqdim edilib, həmçinin Həmrəylik Gününün tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbir Akademiya tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi