“Mallara və nəqliyyat vasitələrinə gömrük təminatının düzgün qaydada vurulması, dəyişdirilməsi, çıxarılması və tamlığının yoxlanılması” mövzusunda təlim keçirilib
“Mallara və nəqliyyat vasitələrinə gömrük təminatının düzgün qaydada vurulması, dəyişdirilməsi, çıxarılması və tamlığının yoxlanılması” mövzusunda təlim keçirilib
Yanvarın 15-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində gömrük əməkdaşları üçün “Mallara və nəqliyyat vasitələrinə gömrük təminatının düzgün qaydada vurulması, dəyişdirilməsi, çıxarılması və tamlığının yoxlanılması” mövzusunda təlim keçirilib.
Gömrük əməkdaşlarının potensialının gücləndirilməsi məqsədilə təşkil olunan tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov bildirib ki, təlim gömrük baxışının və gömrük yoxlamasının düzgün qaydada yerinə yetirilməsi, prosesləri həyata keçirən vəzifəli şəxslərin bilik və bacarıqlarının artırılması, ümumilikdə gömrük nəzarətinin səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təlim çərçivəsində “Mallara gömrük təminatının vurulması Qaydaları”, “Gömrük baxışının keçirilməsinin və mümkün risklərin müəyyən edilməsinin metodları”, “Davranış göstəriciləri” mövzularında təqdimatlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Həmçinin təlim çərçivəsində mallara və nəqliyyat vasitələrinə gömrük təminatının düzgün qaydada vurulması, dəyişdirilməsi, çıxarılması və tamlığının yoxlanılması ilə bağlı praktiki məşğələlər keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi