Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mərkəzi Gömrük Hospitalında Tibb Tələbələrinin I Forumu keçirilib

Mərkəzi Gömrük Hospitalında Tibb Tələbələrinin I Forumu keçirilib

Mərkəzi Gömrük Hospitalında “Tibb və hüquq prizmasından orqan transplantasiyası” mövzusunda Tibb Tələbələrinin I Forumu keçirilib.

Tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin, eləcə də “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin dəstəyi ilə keçirilib.  

Forumda ölkəmizdə orqan transplantasiyası sahəsində son illərdə əldə olunan mühüm nailiyyətlər yüksək qiymətləndirilib, Mərkəzi Gömrük Hospitalında bu istiqamətdə görülən işlərdən bəhs edilib.

Tədbirdə “Meyitdən orqan transplantasiyası: beyin ölümünün təyini kriteriyaları”, “Transplantasiya və insan həyatı: elmi nailiyyətlər, bu günün reallıqları və gələcəyin perspektivləri”, “Həyatı hədiyyə verməyin gücü: mən niyə donor olmalıyam?” və “Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər” mövzularında çıxışlar dinlənilib.

Məruzələr tələbələr tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında interaktiv müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Yanvar 2026 18:08
195