Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən götürdüyü 850 kiloqramdan çox narkotik məhv edildi

Azərbaycan gömrük orqanlarının qanunsuz dövriyyədən götürdüyü 850 kiloqramdan çox narkotik məhv edildi

Yanvarın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kiloqram 631,927 qram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə yandırılaraq məhv edilib.

Məhv edilən narkotik vasitələrin 453 kq 924,517 qramı heroin, 394 kq 224,36 qramı marixuana, 2 kq 245,25 qramı tiryək, 5 kq 224,72 qramı həşiş qətranı olub, bundan əlavə, 3 kq 13,08 qram, 26884 həb psixotrop və güclü təsir edən maddələr məhv edilib.

Məhv edilmiş narkotiklərin qara bazarda ümumi dəyəri 52 milyon manatdan artıqdır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Yanvar 2026 18:17
195