Gömrük biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib
Gömrük biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib
Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə “Şəmkir-Aqropark” MMC-nin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Görüş zamanı gömrük sistemində aparılan təkmilləşdirilmələr, istifadəyə verilən alətlər barədə məlumat verilib, eləcə də idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası, gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən qaydalar, sərhəddə yük nəqliyyat vasitələri üçün elektron növbə sistemi, “Məcburi qərarlar” sistemi, gömrük xidmətlərinə bir məkandan çıxış imkanı - ÖZÜNET platforması, malların kodunu əvvəlcədən müəyyən etməyə imkan verən "XİF MN Tövsiyə Sistemi" və digər mövzularda təqdimatlar nümayiş etdirilib.
Yekunda rəy və təkliflər dinlənilib, tərəfləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Daha sonra gömrük əməkdaşları “Şəmkir-Aqropark” MMC-nin fəaliyyəti ilə yaxından tanış olublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi