Dövlət Gömrük Komitəsinin əməkdaşı ”Daimi üzv” peşəkar tituluna layiq görülüb
Dövlət Gömrük Komitəsinin əməkdaşı ”Daimi üzv” peşəkar tituluna layiq görülüb
Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəis müavini Ceyhun Məhərrəmli dünyanın ən nüfuzlu maliyyə-mühasibat təşkilatlarından biri olan İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası ( ACCA) tərəfindən təqdim edilən”Daimi üzv” (FCCA) peşəkar tituluna layiq görülüb.
İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının üzvlüyünü əldə etmək üçün namizədlər mühasibat uçotu, audit, vergi, maliyyə idarəçiliyi, risklərin idarə edilməsi və korporativ idarəetmə sahələrini əhatə edən 13 peşəkar imtahandan uğurla keçməlidirlər.
Daimi üzv statusu isə təşkilatın üzvlüyünü əldə etdikdən sonra ən azı 5 il ərzində peşəkar fəaliyyətin uğurla həyata keçirilməsi və etik standartlara riayət olunması nəticəsində təqdim edilən ən yüksək üzvlük səviyyələrindən biridir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi