Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Fevralın 19-da “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüşdə müsabiqənin gömrük əməkdaşlarının intellektual səviyyəsinin, biliklərinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, müsabiqənin əhəmiyyətindən və gömrükçülərin karyera yüksəlişindəki rolundan bəhs edilib. Həmçinin qaliblərin fəaliyyət sahələri, potensiallarının daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, tövsiyələr verilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Fevral 2026 19:01
195