“ASAN xidmət indeksi” qiymətləndirmə nəticələrinə əsasən Dövlət Gömrük Komitəsi üçüncü yerə layiq görülüb
“ASAN xidmət indeksi” qiymətləndirmə nəticələrinə əsasən Dövlət Gömrük Komitəsi üçüncü yerə layiq görülüb
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2025-ci il üzrə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinə dair illik hesabat təqdim edilib.
“ASAN xidmət indeksi” qiymətləndirmə nəticələrinə əsasən Dövlət Gömrük Komitəsi mərkəzi icra hakimiyyəti orqanları arasında üçüncü yerə layiq görülüb.
Birinci yerdə Dövlət Miqrasiya Xidməti, ikinci pillədə isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi qərarlaşıb.
Qeyd edək ki, 37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icra hakimiyyəti orqanının 253 xidməti və 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə 511 xidmət qiymətləndirilib.
Nəticələr açıqlandıqdan sonra qiymətləndirmədə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi