Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlim keçirilib

Gömrük əməkdaşları üçün təlim keçirilib

Fevralın 24-də Bakı Baş Gömrük İdarəsində “Effektiv sərhəd nəzarəti tədbirləri vasitəsilə insan alverinin müxtəlif formalarının, təqsirli və zərərçəkmiş şəxslərin müəyyən edilməsi, preventiv hazırlığın gücləndirilməsi” mövzusunda təlim keçirilib.

Dövlət Gömrük Komitəsinin, Daxili İşlər Nazirliyinin, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirak etdiyi təlimdə gömrük orqanlarının insan alverinin qarşısının alınması üzrə metod və üsulları, mübarizənin əsas istiqamətləri və normativ-hüquqi bazası, insanların istismar formaları, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi, cinayətdən qorunma yolları, miqrant qaçaqmalçılığı, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, qurbanların sosial reabilitasiyası və digər mövzular ətraflı müzakirə olunub.

Sonda mövzularla bağlı müzakirələr aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Fevral 2026 18:40
195