Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük orqanlarında tədbirlər keçirilib.

Hava Nəqliyyatında, Aksizli Mallar üzrə və Naxçıvan Baş gömrük idarələrində, Astara, Balakən, Biləsuvar gömrük idarələrində, Kinoloji Mərkəzdə, "Şirvan" və “Kürdəmir” gömrük postlarında keçirilən tədbirlərdə faciə haqqında məlumat verilib, Xocalı soyqırımı qurbanlarının xatirələri ehtiramla anılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa edildiyi, Xocalı şəhidlərinin qisasının alındığı diqqətə çatdırılıb.

DGK Tibbi Xidmət İdarəsinin əməkdaşları isə Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə - bir ağrı” sənədli filminin təqdimatında iştirak ediblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Fevral 2026 17:49
195