Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib
Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib
Tovuz Gömrük İdarəsinin təşəbbüsünə əsasən xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Gömrük-biznes əməkdaşlığı çərçivəsində təşkil olunan görüşdə biznes nümayəndələri ilə yanaşı Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı agentliklərinin əməkdaşları da iştirak ediblər.
Görüşdə “Rəqəmsal əməkdaşlıq platforması” və “Etibarlı Tərəfdaş Konsepsiyası”na dair təqdimatlar nümayiş etdirilib, həmçinin Vergi məcəlləsində edilmiş əlavə və dəyişikliklər barədə məlumat verilib.
“Şirvan” gömrük postunda keçirilən görüş zamanı isə malların “müvəqqəti ixrac” və “müvəqqəti idxal” gömrük prosedurları altında yerləşdirilməsi qaydalarına dair qanunvericiliyin tələblərindən bəhs olunub.
Görüşlərdə sahibkarları maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəyləri dinlənilib, suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi