Narkomaniya ilə mübarizə üzrə forum keçirilib
Narkomaniya ilə mübarizə üzrə forum keçirilib
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində “Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu” keçirilib.
Forumun məqsədi yeni növ narkotik və psixotrop maddələrin yaratdığı təhlükələr barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xüsusilə gənclər arasında narkomaniyanın profilaktikası istiqamətində institusional və hüquqi mexanizmləri gücləndirmək, dövlət qurumları ilə cəmiyyət arasında əməkdaşlığın genişləndirilməsi və preventiv tədbirlərin effektivliyinin artırılması olub.
Tədbirdə regionda yerləşən təhsil müəssisələrinin tələbə, müəllim və şagird heyəti, səhiyyə və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Forumun açılışında çıxış edən Milli Məclisin deputatları, Dövlət Gömrük Komitəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yalnız inzibati tədbirlər və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu sahədə uğurlu nəticələrin əldə olunması üçün cəmiyyətin bütün təbəqələrini əhatə edən kompleks yanaşma zəruridir.
Sonra mövzu ilə bağlı polis, təhsil, gömrük orqanları nümayəndələrinin məruzələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi