Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qırğız Respublikasının səhiyyə nazirinin müavini Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə tanış olub

Qırğız Respublikasının səhiyyə nazirinin müavini Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə tanış olub

Mərkəzi Gömrük Hospitalında Qırğız Respublikasının səhiyyə nazirinin müavini Bakıtbek Kadıraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti, eləcə də Mərkəzi Gömrük Hospitalında tətbiq olunan innovativ diaqnostika və müalicə üsulları barədə məlumat verib. 

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları, təcrübə mübadiləsi, tibb işçilərinin peşəkar inkişafı, eləcə də dərman vasitələri və tibbi məmulatlar sahəsində birgə fəaliyyət perspektivləri müzakirə olunub. 

Görüşün sonunda nümayəndə heyətinin üzvləri Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsini, palataları, Radiologiya, Təcili Tibbi Yardım və Sığorta şöbələrini ziyarət edərək Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə əyani şəkildə tanış olublar. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Aprel 2026 14:18
195