Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

“Kürdəmir” gömrük postunda xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Görüşdə gömrük orqanları tərəfindən malların təsnifatının və mənşə ölkəsinin müəyyənləşdirilməsi üzrə məcburi qərarların qəbul edilməsi mövzusunda müzakirələr aparılıb, məcburi qərarların üstünlükləri, əldə edilməsi metodikası barədə məlumat verilib.

Həmçinin sahibkarların təklif və rəyləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 Aprel 2026 16:29
195