Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün təlim keçirilib

Gömrük əməkdaşları üçün təlim keçirilib

Bakı Baş Gömrük İdarəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə edilməklə gömrük əməkdaşlarının peşəkarlığının yüksəldilməsi” mövzusunda təlim keçirilib.

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən təlimdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Dövlət Gömrük Komitəsinin Akademiyasının mütəxəssisləri tərəfindən iştirakçılara təqdimatlar əsasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər haqqında ətraflı məlumat verilib.

Həmçinin iştirakçılar nəqliyyat vasitələrinin və konteynerlərin yoxlanılması zamanı diqqət edilməli məqamlar, gizli saxlanc yerlərinin müəyyən olunması, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı digər mövzularda məlumatlandırılıblar.  

Təlimin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Aprel 2026 15:20
195