Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan və Estoniya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan və Estoniya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib

Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki görüşü çərçivəsində Azərbaycan və Estoniya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Estoniya Vergi və Gömrük Şurasının dəvəti əsasında keçirilən, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov və Estoniya Vergi və Gömrük Şurasının sədri Raigo Uukkivinin iştirak etdikləri görüşdə gömrük sahəsində rəqəmsal həllərin tətbiqi, risklərin idarə olunması, məlumat mübadiləsi və institusional əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Həmçinin əməkdaşlığın daha sistemli və dayanıqlı əsasda inkişaf etdirilməsi məqsədilə qarşılıqlı hüquqi çərçivənin formalaşdırılması, o cümlədən müvafiq anlaşma sənədinin imzalanması imkanları müzakirə olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 Aprel 2026 12:38
195