Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Cəmiyyətin sağlamlığı və təhlükəsizliyi naminə transmilli narkotəhdidlərə qarşı mübarizə” mövzusunda Beynəlxalq Forum keçirilib

“Cəmiyyətin sağlamlığı və təhlükəsizliyi naminə transmilli narkotəhdidlərə qarşı mübarizə” mövzusunda Beynəlxalq Forum keçirilib

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin birgə təşkilatçılığı ilə Özbəkistanın Səmərqənd şəhərində “Cəmiyyətin sağlamlığı və təhlükəsizliyi naminə transmilli narkotəhdidlərə qarşı mübarizə” mövzusunda Beynəlxalq Forum keçirilib.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı da iştirak edib.

20-dən çox beynəlxalq təşkilatın, habelə 50-dən çox ölkənin 500-dən artıq nümayəndəsinin və beynəlxalq ekspertlərin qatıldığı tədbirin əvvəlində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara müraciəti dinlənilib.

Forumda narkotiklərin qanunsuz dövriyyəsində qlobal və regional tendensiyalar və ona qarşı mübarizənin effektivliyinin artırılması, əməkdaşlığın gücləndirilməsi, sintetik narkotiklərin qanunsuz istehsalı və dövriyyəsinin artması fonunda yaranan təhdidlər, gənclər və yetkinlik yaşına çatmayanlar arasında profilaktika sistemlərinin təkmilləşdirilməsi, müalicə, reabilitasiya və sosial reinteqrasiya məsələləri üzrə müzakirələr aparılıb, narkotəhdidlərə qarşı mübarizədə rəqəmsal texnologiyaların və süni intellekt əsaslı həllərin tətbiqi  ilə bağlı təşəbbüslər irəli sürülüb.

Tədbirdə Səmərqənd Bəyannaməsi qəbul olunub.

Forum iştirakçıları narkotiklərə qarşı mübarizədə gömrük və digər hüquq-mühafizə orqanları tərəfindən istifadə olunan yeni texnologiya, texniki nəzarət vasitələri, pilotsuz uçuş aparatları və texnikası, kriminalistik və laboratoriya avadanlığı, habelə digər eksponatlar nümayiş etdirilən sərgiyə baxış keçiriblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 Aprel 2026 16:10
195