Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın iclası keçirilib

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın iclası keçirilib

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın onlayn formatda iclası keçirilib.

İclasda İctimai Şuranın reqlamenti, 2026-cı il üzrə Fəaliyyət Planı, ayrı-ayrı istiqamətlər üzrə işçi qruplarının yaradılması məsələləri müzakirə edilib.

Həmçinin iclasda hədəf qrupları ilə əlaqələrin gücləndirilməsi, ictimai müzakirələrin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda İctimai Şuranın reqlamenti, qurumun  Tədbirlər Planı səsə qoyularaq qəbul edilib, eyni zamanda işçi qrupları yaradılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Aprel 2026 17:34
195