Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin iclası keçirilib

GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin iclası keçirilib

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın Ticarətə və Nəqletməyə Yardım layihəsi üzrə Rəhbəredici Komitəsinin onlayn formatda 40-cı iclası keçirilib.

Tədbirdə əvvəlki iclasın protokolunun icra vəziyyəti, eləcə də GUAM-a üzv dövlətlərdə gömrük sahəsində həyata keçirilən islahatlar və yeni layihələr barədə məlumat mübadiləsi aparılıb. Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov çıxış edərək ölkəmizdə gömrük prosedurlarının modernləşdirilməsi, beynəlxalq nəqliyyat və tranzitin asanlaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, əsas istiqamətlərdən birinin də məhz rəqəmsal transformasiya olduğunu diqqətə çatdırıb.

Həmçinin iclasda GUAM-a üzv dövlətlər tərəfindən Səlahiyyətli İqtisadi Operator (SİO) ilə bağlı görülən işlər barədə məlumat verilib, SİO üzrə İşçi Qrupun iclasının keçirilməsi məsələləri müzakirə edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

29 Aprel 2026 10:11
195