Sərhəd sağlamlığı və regional əməkdaşlıq üzrə görüş keçirilib
Sərhəd sağlamlığı və regional əməkdaşlıq üzrə görüş keçirilib
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) Proqramı platforması çərçivəsində üzv ölkələrin nümayəndələrinin iştirakı ilə sərhəd sağlamlığı, regional səhiyyə təhlükəsizliyi və iqtisadi dəhlizlər boyunca tibbi xidmətlərin inkişafına həsr olunmuş növbəti onlayn görüş keçirilib.
Görüşdə MARİƏ Proqramı çərçivəsində “Sərhəd Sağlamlığı və İnvestisiya Planlaması üzrə Alt İşçi Qrupu”nun Azərbaycan tərəfindən üzvü olan Dövlət Gömrük Kömitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım iştirak edib. Görüşdə region ölkələri arasında səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi, sərhədyanı ərazilərdə tibbi xidmətlərin əlçatanlığının artırılması və fövqəladə hallar zamanı birgə cavab tədbiri mexanizmlərinin formalaşdırılması məsələləri müzakirə olunub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi