Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Biznes subyektləri üçün təlim keçirilib

Biznes subyektləri üçün təlim keçirilib

Mayın 4-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi tərəfindən biznes subyektləri üçün təlim keçirilib.

Təlim Dövlət Gömrük Komitəsi tərəfindən ənənəvi olaraq keçirilən sorğuların nəticəsinə əsasən sahibkarların gömrük məsələləri üzrə rəy və təkliflərinə müvafiq olaraq təşkil edilib. Biznes subyektlərinin gömrük prosedurları, malların təsnifatı, məcburi qərarlar və gömrük dəyərinin müəyyən edilməsi istiqamətlərində daha geniş məlumatlandırılması üçün silsilə maarifləndirici təlimlərin keçirilməsinə başlanılıb.

Tədbirdə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən islahatlar, rəqəmsal transformasiya, Etibarlı Tərəfdaş Konsepsiyası, gömrük qanunvericiliyində yeniliklər, eləcə də gömrük orqanları ilə biznes subyektləri arasında işgüzar əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Daha sonra gömrük əməkdaşları tərəfindən “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası və malların təsnifat qaydaları”, “Məcburi qərarlar sisteminin tətbiqi ilə bağlı aktual məsələlər”, “Gömrük dəyərinin müəyyən edilməsi üsulları və tətbiq mexanizmləri” mövzularında təqdimatlar nümayiş etdirilib.

Yekunda sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 May 2026 18:02
195