Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT-nin Daimi Texniki Komitəsinin sessiyalarında iştirak edib
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT-nin Daimi Texniki Komitəsinin sessiyalarında iştirak edib
Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş qərargahında qurumun Daimi Texniki Komitəsinin 251/252-ci sessiyaları öz işinə başlayıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyətinin də iştirak etdiyi tədbirin gündəliyində ÜGT-nin müxtəlif istiqamətlər üzrə fəaliyyəti, elektron ticarət mühitində gömrük idarəçiliyi, Dağıdıcı Texnologiyalar və Ağıllı Gömrük (Smart Customs) layihəsi, azad zonalar üzrə praktiki təlimatlar, gömrük-poçt əməkdaşlığı, “Həssas sərhədlər” üzrə Fəaliyyət Planı, həmçinin ÜTT-nin Ticarətin Asanlaşdırılması Sazişi çərçivəsində Milli Komitələrin fəaliyyəti məsələləri yer alır.
Bununla yanaşı, “Yaşıl Gömrük” təşəbbüsü çərçivəsində ekoloji dayanıqlılıq məsələləri, eləcə də Özəl Sektor Məşvərət Qrupu vasitəsilə biznes ictimaiyyəti ilə əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi