Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşmış gömrük orqanlarında, tabeli qurumlarında tədbirlər keçirilib.

Dəniz Nəqliyyatı və Enerji Resursları, Aksizli Mallar üzrə, Hava Nəqliyyatında Baş Gömrük idarələrində, Gəncə, Biləsuvar, Tovuz, Astara gömrük idarələrində, Tibbi Xidmət İdarəsində və Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunda keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycanın inkişafı və dövlət quruculuğunun gücləndirilməsi istiqamətindəki tarixi xidmətlərindən bəhs edilib.

Tədbirlər çərçivəsində Ulu Öndər Heydər Əliyevin abidəsi, dahi rəhbərin adını daşıyan muzey və mərkəzlər ziyarət olunub.

Naxçıvan Baş Gömrük İdarəsində gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş 45 nəfər gömrük əməkdaşı and içib.

Mərkəzi Gömrük Hospitalında isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş ödənişsiz tibbi-sosial aksiya təşkil olunub. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində baş tutan aksiya zamanı valideyn himayəsindən məhrum olmuş azyaşlı uşaqlar müxtəlif tibbi müayinələrdən keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 May 2026 17:04
195