Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük orqanlarının formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Gömrük orqanlarının formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsində tədbir keçirilib.

Tədbirin əvvəlində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, dövlət quruculuğu istiqamətində atdığı qətiyyətli addımlar hesabına ölkəmizin qısa zaman kəsiyində dünyanın nüfuzlu dövlətlərindən birinə, beynəlxalq birliyin etibarlı üzvünə çevrildiyini diqqətə çatdırıb.

O da qeyd olunub ki, dahi rəhbərin əsasını qoyduğu azərbaycançılıq məfkurəsi bütün xalqımızı vahid ideya ətrafında birləşdirdi, davamlı iqtisadi inkişafın təmin edilməsi, ordu quruculuğu, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirdiyi üzaqgörən və düşünülmüş siyasət ölkəmizi regionun lider dövlətinə çevirdi. Müasir, sivil, demokratik idarəçilik sisteminin yaradılması, dövlət təsisatlarının qurulması, o cümlədən gömrük orqanlarının formalaşdırlması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır.

Məhz Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılmasının nəticəsi olaraq qazanılan şanlı Zəfər ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün regionda sülhün bərpası, iqtisadi tərəqqinin, davamlı inkişaf təmin olunması istiqamətində aparıcı rol oynayır.

Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri ilə gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə təltif olunmuş gömrük əməkdaşlarına təltiflər və fəxri fərmanlar təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 May 2026 21:25
195