Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

"Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

Dövlət Gömrük Komitəsində fəaliyyət göstərmiş 16-cı “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar verilib.

Bu məqsədlə təşkil olunan tədbirdə Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, könüllü hərəkatının formalaşmasından, eləcə də gömrük sistemində yaradılan könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edib. Həmçinin Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində könüllülük proqramını uğurla başa vuran gənclərin qazandıqları təcrübənin gələcək karyeralarında mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Tədbirin sonunda “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

15 May 2026 14:44
195