Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Etibarlı Tərəfdaş Konsepsiyası” çərçivəsində görüş keçirilib

“Etibarlı Tərəfdaş Konsepsiyası” çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Etibarlı Tərəfdaş Konsepsiyası”nın Tədbirlər Planına əsasən mayın 18-də Dövlət Gömrük Komitəsində aidiyyəti dövlət orqanları ilə görüş keçirilib.

Görüşdə səlahiyyətli iqtisadi operator (SİO) statusu üzrə normativ bazanın təkmilləşdirilməsi, bu istiqamətdə dövlət dəstək mexanizminin formalaşdırılması, SİO statusu əldə edəcək subyektlərə veriləcək üstünlüklər və digər məsələlər müzakirə olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 May 2026 17:15
195