Narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlər keçirilib
Narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbirlər keçirilib
Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə “Narkomaniya ağ ölümdür! Özümüzü və yaxınlarımızı ağ ölümdən xilas edək!!!” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün təşkil edilən tədbirlərdə narkomaniyanın mənəvi və əxlaqi dəyərlərə, sosial-iqtisadi inkişafa mənfi təsirləri, insanların həyat və sağlamlığına yaratdığı təhlükə, həmçinin cinayətkarlığın artmasındakı rolu barədə ətraflı məlumat verilib.
Eyni zamanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülən işlər, mövcud normativ-hüquqi baza və onun təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs edilib.
Tədbirlərdə mövzu üzrə təqdimatlar nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi