Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dərman preparatları aşkar edildi

Dərman preparatları aşkar edildi

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman preparatları aşkar edilib.

İdarənin “Qırmızı Körpü” gömrük postunda ölkə ərazisinə qarışıq yük gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və nəqliyyat vasitəsinin kabin hissəsində şübhəli cizgilər müəyyən olunub.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinindən gömrük orqanına bəyan edilməyən 6 adda 496 ədəd dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 May 2026 11:12
195