Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib

Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib

Avropa Toksikoloji Mərkəzlər və Klinik Toksikoloqlar Assosiasiyasının (EAPCCT) Litvanın Vilnüs şəhərində keçirilən 46-cı Beynəlxalq Konqresində Dövlət Gömrük Komitəsinin əməkdaşı xüsusi təqdimatla çıxış edib.

Tədbirdə klinik toksikologiyanın aktual məsələləri, yeni növ narkotik vasitələr və psixoaktiv maddələrlə bağlı çağırışlar, peşə intoksikasiyalarının profilaktikası, dərman vasitələrinin arzuolunmaz təsirlərinə nəzarət, zəhərlənmələrin diaqnostikası və müalicəsində müasir yanaşmalar mövzuları müzakirə olunub.

Dünyanın 61 ölkəsindən 500-dən çox nümayəndənin qatıldığı tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev təqdimatla çıxış edərək müvafiq sahələr üzrə Azərbaycanın təcrübəsini bölüşüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

2 İyun 2026 10:32
195