Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib
Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib.
Naxçıvan, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarələrində, Tovuz, Biləsuvar və Astara gömrük idarələrində keçirilən tədbirlərdə Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixinin ən parlaq səhifələrindən biri olduğu bildirilib.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkədə hökm sürən siyasi böhran, xaos və vətəndaş qarşıdurması təhlükəsi aradan qaldırılıb. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda sabitlik bərpa olunub, dövlətçilik ənənələri möhkəmləndirilib, ölkənin hərtərəfli inkişafının əsası qoyulub. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi və ölkəmizin bütün sahələrdə mühüm nailiyyətlər qazandığı diqqətə çatdırılıb.
Tədbirlərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi