Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Çin Xalq Respublikasının səfiri ilə görüş keçirilib

Çin Xalq Respublikasının səfiri ilə görüş keçirilib

İyunun 18-də Dövlət Gömrük Komitəsində Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüş keçirilib.

Görüşdə Azərbaycanla Çin arasında müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində əməkdaşlıqdan məmnunluqla bəhs edilib, xüsusilə Orta Dəhliz boyu yükdaşımaların artması ilə əlaqədar gömrük orqanları arasında mövcud əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə həmçinin gömrük işi sahəsində potensialın gücləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 İyun 2026 17:31
195