Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

İyunun 19-da Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələrinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediaturu təşkil olunub. Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə təşkil olunan tədbir gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, həmçinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində keçirilən brifinqdə aksizli malların idxalı, bəyan edilməsi, gömrük rəsmiləşdirilməsi prosesləri, həmçinin baş idarənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.  

Daha sonra media nümayəndələri bəyanetmə, nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi, gömrük ödənişlərinin ödənilməsi və digər əməliyyatları əyani şəkildə izləyiblər.

Bildirilib ki, sahibkaralara və fiziki şəxslərə xidmətin göstərilməsi operativ qaydada həyata keçirilir, həmçinin gömrük ödənişləri nağdsız formada, bank vasitəsilə və ya internet üzərindən icra olunur.

Tədbir çərçivəsində, həmçinin media nümayəndələri üçün Dövlət Gömrük Komitəsinin tətbiqinə başladığı “Rəqəmsal Gömrük Dəyəri Sistemi” layihəsi ilə bağlı seminar keçirilib. Bildirilib ki, layihə gömrük dəyərinin rəqəmsal həllər əsasında müəyyən edilməsinə, gəlir və xərclərin düzgün idarə olunmasına, məlumatların unifikasiyası və rəqəmsal emalına, subyektiv amillərin aradan qaldırılmasına, vaxt və vəsaitə qənaət edilməsinə imkan yaradır.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 İyun 2026 17:13
195