Xəbərlər
Rəylər
Onlayn təqdimatlar
Büdcə daxilolmaları
Layihələr
Valyuta məzənnələri
Terminlər lüğəti
Hüquq-mühafizə fəaliyyəti
Beynəlxalq əməkdaşlıq
Tez-tez verilən suallar
Gömrük hərracı
Gömrüyün idman həyatı
Sosial layihələr
"Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib
"Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib
İyunun 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Mentorluq Proqramı çərçivəsində beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid Hüseynov və İrşad Əsgərxanlı ilə görüş keçirib.
Görüşdə ölkəmizdə gənc kadrların inkişafına göstərilən dövlət dəstəyi, onların potensialının gücləndirilməsi, peşəkarlığının artırılması və fərdi inkişafına yaradılan imkanlardan söz açılıb, idarəçilik bacarıqlarının təkmilləşdirilməsi, karyera hədəflərinin reallaşdırılmasında “Yüksəliş” müsabiqəsinin mühüm rol oynadığı vurğulanıb.
Həmçinin görüş zamanı fərdi inkişaf planları, gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
19 İyun 2026 17:26