Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün maarifləndirmə tədbirləri keçirilib

Gömrük əməkdaşları üçün maarifləndirmə tədbirləri keçirilib

Gömrük əməkdaşları üçün “İlk tibbi yardım” və “Fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydaları” mövzularında maarifləndirmə tədbirləri keçirilib.

Mərkəzi Gömrük Hospitalının və Dövlət Gömrük Komitəsinin Sanitar Karantin Xidmətinin mütəxəssisləri tərəfindən keçirilən “İlk tibbi yardım” mövzusunda maarifləndirmə tədbirində iştirakçılara təməl həyata dəstək prinsipləri, qəfil ürək dayanması və tənəffüs çatışmazlığı zamanı təxirəsalınmaz tədbirlər barədə ətraflı məlumat verilib.

Mütəxəssislər süni tənəffüsün düzgün aparılması, ürək-ağciyər reanimasiyasının əsas mərhələləri, eləcə də avtomatik xarici defibrilyator (AED) cihazından təhlükəsiz və effektiv istifadə qaydaları ilə bağlı nəzəri bilikləri iştirakçılarla bölüşüblər, eyni zamanda praktiki məşğələlər keçirilib.

Fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarına dair tədbir isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri tərəfindən təşkil olunub.

Tədbirdə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 İyun 2026 11:48
195