Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Biznes subyektləri ilə görüşlər keçirilib

Biznes subyektləri ilə görüşlər keçirilib

Astara və Şərgi Zəngəzur gömrük idarələrində biznes subyektləri ilə görüşlər keçirilib.

Gömrük biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunan görüşlərdə gömrük sistemində həyata keçirilən təkmilləşdirmələr və tətbiq olunan yeniliklər barədə xüsusi təqdimatlar əsasında məlumat verilib. Eyni zamanda, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  

Hər iki görüşdə iştirakçıların rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 İyun 2026 18:14
195