Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Gül kələmi” yükündə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilib

“Gül kələmi” yükündə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilib

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə gül kələmi” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı bir ədəd paletdəki 160 ədəd bağlamada görünüşcə gül kələmi formasına salınan və gömrük nəzarətindən gizlədilən xalis təmiz çəkisi 90 kiloqram 945 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 İyun 2026 14:56
195